Türk Şurasının nümayəndə heyətinin Ağdama səfəri başlayıb -

Fakt
11 Nis 2021
12:53
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv dövlətlərin nümayəndə heyətlərinin Ağdam şəhərinə səfəri başlayıb.

"Zirvetv.az " xəbər verir ki, səfərdə Türk Şurasının informasiya və media üzrə məsul nazirləri və yüksək vəzifəli rəsmiləri iştirak edirlər.

Səfərdə məqsəd Ermənistan tərəfindən törədilən müharibə cinayətləri ilə tanış olmaqdır.

Xatırladaq ki, aprelin 10-da Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) informasiya və media üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 3-cü toplantısı keçirilib.