BƏƏ Çin vaksininin istehsalına başlayacaq

Dünya
29 Mrt 2021
17:15
Çinin "Sinofarm" şirkətinin koronavirus vaksinlərinin Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) istehsalı başlayacaq.
Zirvetv.az məlumatına görə, bunun üçün paytaxt Əbu-Dabidə bu il yeni zavod inşa olunacaq.

Zavodun ildə 200 milyon doza vaksin istehsal etməsi planlaşdırılır.

BƏƏ-də istehsal olunacaq vaksinlər "Hayat-Vax" adını daşıyacaq.