Koronavirusun daha bir ştammı aşkarlanıb

Dünya
29 Mrt 2021
11:34
Çexiyada koronavirusun yeni ştammı aşkarlanıb.

Zirvetv.azn "TASS"a istinadən verdiyi məlumata görə, yeni ştamm koronavirus testləri aparan "Elisabeth Pharmacon" ixtisaslaşdırılmış laboratoriyanın əməkdaşları tərəfindən müəyyən edilib.

Məlumata əsasən, yeni aşkarlanan ştamm bundan əvvəl müəyyən edilən "Britaniya" və "Cənubi Afrika" ştammlarından daha təhlükəli deyil.

Hazırda yeni ştammın araşdırması davam edir.