İsraildə koronavirusa daha 523 yoluxma halı qeydə alınıb

Dünya
29 Mrt 2021
08:28
İsraildə ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 523 nəfər yoluxub.

Zirvetv.azn "Sinxua"ya istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların sayı 831 906 nəfərə çatıb.

Bildirilir ki, hazırkı dövrədək koronavirusa yoluxanlardan 816 115 nəfəri sağalıb, 6 183 nəfəri isə vəfat edib.