Kolumbiyada 4,5 bal gücündə zəlzələ olub

Dünya
29 Mrt 2021
00:08
Kolumbiyanın mərkəzi hissəsində 4,5 bal gücündə zəlzələ baş verib.

Zirvetv.az Kolumbiyanın Milli Seysmologiya Mərkəzinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Paes bələdiyyəsində (Boyaka departamenti), ocağı isə 30 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.