İran və Çin arasında əməkdaşlıq haqqında hərtərəfli sənəd imzalanıb

Dünya
28 Mrt 2021
09:39
İran və Çin Xarici İşlər Nazirləri Məhəmməd Cavad Zərif və Van İ tərəfindən İran və Çin arasında əməkdaşlığa dair hərtərəfli sənəd imzalanıb.

Zirvetv.az İran və Çin arasında əməkdaşlıq haqqında hərtərəfli sənəd imzalanıbməlumatına görə, sənəd İranın Xarici İşlər Nazirliyində imzalanıb.

Qeyd edək ki, İran və Çin 2015-ci ilin fevral ayında Si Tsinpinin Tehrana rəsmi səfəri zamanı bəyanatlar verərək strateji münasibətlərini yüksəldiblər.

Bu bəyanatın 6-cı bəndində tərəflər məsləhətləşmələr aparmağa və uzunmüddətli əməkdaşlığa dair sənəd barədə razılığa gəlməyə hazır olduqlarını bildirdilər.