İtaliyada 5,5 bal gücündə zəlzələ qeydə alınıb

Dünya
27 Mrt 2021
19:50
Adriatik dənizində 5,5 bal gücündə zəlzələ baş verib.

Zirvetv.azn məlumatına görə, bu barədə ABŞ-ın Geoloji xidməti bildirib.

Məlumata əsasən, yeraltı təkanların episentri İtaliyanın Peskiçi kommunasından 55 km şimalda yerləşib. Zəlzələnin ocağı isə 10 kilometr dərinlikdə olub.

Sunami təhlükəsi barədə məlumat verilməyib.