Misirdə yaşayış binası çöküb - Ölənlər var

Dünya
27 Mrt 2021
16:25
Misirin paytaxtı Qahirədə 10 mərtəbəli yaşayış binası çöküb.

Zirvetv.azn məlumatına görə, hadisə nəticəsində azı 3 nəfər həlak olub, 23 nəfər xəsarət alıb.

Hadisə səhər saatlarında baş verib. Dağıntılar arasında sakinlərin qaldığı ehtimal edilir. Xəsarət alanlar xəstəxanaya çatdırılıb.