ABŞ-da ard-arda atışmalar olub, ölənlər var

Dünya
27 Mrt 2021
16:01
ABŞ-ın Virciniya-Biç şəhərində atışma baş verib.

Zirvetv.azn məlumatına görə, hadisə nəticəsində iki nəfər həlak olub. Səkkiz nəfərin yaralandığı bidirilib.

Qeyd olunur ki, polis atışma barədə faktı araşdırarkən yaxınlıqda növbəti insident qeydə alınıb. Polis əməkdaşları atəş açan şəxslərdən birini zərərsizlıəşdirə bilib.

Hadisə ilə bağlı bir neçə nəfərin saxlanıldığı məlumatı verilib. Araşdırma aparılır.