Qazaxıstanda son sutkada koronavirusa 1 485 nəfər yoluxub

Dünya
27 Mrt 2021
08:09
Qazaxıstanda ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 1 485 yoluxma halı qeydə alınıb.

Zirvetv.az məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 238 785 nəfərə çatıb.

Bildirilir ki, hazırkı dövrədək koronavirusa yoluxanlardan 215 474 nəfəri sağalıb, 2 980 nəfəri isə vəfat edib.