BMT TŞ KXDR-nin raket sınaqları ilə bağlı növbədənkənar iclas keçirəcək

Dünya
27 Mrt 2021
08:06
BMT Təhlükəsizlik Şurası martın 30-u Koreya Xalq Demokratin Respublikasının raket sınaqları ilə əlaqədar növbədənkənar qapalı iclas keçirəcək.

Zirvetv.az xəbər verir ki, bu barədə "TASS"a Təhlükəsizlik Şurasındakı diplomatik mənbə məlumat verib

Mənbə bildirib: "Müvafiq məsləhətləşmələri Təhlükəsizlik Şurası üzvləri (Fransa, İngiltərə, Estoniya, İrlandiya, Norveç) adından Fransa istəyib. İclasın martın 30-u qapalı formada keçiriləcəyi gözlənilir".