Fransada ötən sutka koronavirusa 41 mindən artıq yoluxma qeydə alınıb

Dünya
27 Mrt 2021
08:05
Fransada ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 41 869 yoluxma halı qeydə alınıb.

Zirvetv.az "Sinxua" agentliyinə istinadən verdiyi məlumata görə, ölkədə koronavirusa yoluxanların ümumi sayı 4 465 956 nəfərə çatıb.

Məlumata əsasən, ötən sutka koronavirusdan 897 nəfər ölüb, ölənlərin ümumi sayı 94 275 nəfər təşkil edir.