İsraildə koronavirusa daha 622 yoluxma halı qeydə alınıb

Dünya
27 Mrt 2021
07:47
İsraildə ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 622 nəfər yoluxub.

Zirvetv.az "Sinxua"ya istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların sayı 831 383 nəfərə çatıb.

Bildirilir ki, hazırkı dövrədək koronavirusa yoluxanlardan 814 505 nəfəri sağalıb, 6 165 nəfəri isə vəfat edib.