Ərəb koalisiyası husilərin dronunu məhv edib

Dünya
26 Mrt 2021
21:13
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyanın hava hücumundan müdafiə sistemləri pilotsuz uçuş aparatını ələ keçirərək məhv edib.

Zirvetv.az Sky News Arabiya" telekanalına istinadən verdiyi məlumata görə, PUA Yəmənin "Ənsar Allah" hərəkatının üsyançılarına (husilər) məxsus olub.

Bildirilir ki, PUA Səudiyyə Ərəbistanının Hamis-Muşayt şəhəri istiqamətində buraxılıb. İnsident nəticəsində xəsarət alan olmayıb.