Gürcüstanda koronavirusa daha 419 nəfər yoluxub, 6 nəfər ölüb

Dünya
26 Mrt 2021
21:09
Gürcüstanda ötən sutka ərzində 10 377 test keçirilib, koronavirusa 419 yoluxma halı qeydə alınıb.

Zirvetv.az məlumatına görə, ölkədə koronavirusa yoluxanların ümumi sayı 279 446 nəfərə çatıb.

Bildirilir ki, ötən sutka koronavirusdan 6 nəfər ölüb, 307 nəfər isə sağalıb.

Hazırkı dövrədək koronavirusdan ölənlərin sayı 3 738 nəfər, sağalanların sayı isə 271 585 nəfər təşkil edir.