Misirdə iki qatarın toqquşması nəticəsində 32 nəfər ölüb

Dünya
26 Mrt 2021
18:30
Misirin cənubunda iki sərnişin qatarının toqquşması nəticəsində 32 nəfər ölüb, azı 66 nəfər yaralanıb.

Zirvetv.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi bildirib.

Məlumata görə, hadisə paytaxt Qahirədən cənubda Sohaq əyalətində baş verib. Hadisə yerinə 36 təcili yardım maşını cəlb edilib.

Hazırda hadisənin başvermə səbəbləri araşdırılır.