Pfizer-BioNTech" koronavirus vaksininin uşaqlar üzərində sınaqlarına başlayıb

Dünya
26 Mrt 2021
14:33
Pfizer-BioNTech" şirkətləri eyniadlı koronavirus vaksininin uşaqlar üzərində kliniki sınaqlarına başladığını elan edib.

Zirvetv.azin məlumatına görə, bunu "Pfizer"in nümayəndəsi bildirib.

Sınaqlarda 6 aydan 11 yaşınadək olan 4,5 minə yaxın uşağın iştirakı nəzərdə tutulub. Şirkət nümayəndəsi sınaqlar çərçivəsində ilk dozaların vurulduğunu deyib.

Prosedur zamanı vaksinin üç müxtəlif dozası sınaqdan keçiriləcək.