Rusiya aprelin 1-dən altı ölkə ilə hava əlaqələrini bərpa edir

Dünya
25 Mrt 2021
23:19
Rusiya 1 aprel tarixindən Almaniya, Şri Lanka, Venesuela, Suriya, Tacikistan və Özbəkistana müntəzəm sərnişin uçuşlarını bərpa edir.

Zirvetv.az TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Federasiyası ərazisində koronavirusla mübarizə üzrə federal əməliyyat qərargahında jurnalistlərə məlumat verilib.

"1 aprel tarixindən Almaniyanın aviasiya rəhbərliyi ilə qarşılıqlı razılaşma əsasında Frankfurt-am-Mayn - Moskva - Frankfurt-am-Mayn marşrutunda həftədə beş dəfə, Frankfurt-am-Mayn - Sankt-Peterburq - Frankfurt-am-Mayn - həftədə üç dəfə, Moskva - Berlin - Moskva - həftədə beş dəfə, və Moskva - Frankfurt am Mayn - Moskva - həftədə üç dəfə olaraq müntəzəm uçuşlar bərpa ediləcək", - məlumatda deyilir.

Bildirilir ki, qeyd edilən tarixdən Rusiya və Azərbaycan arasında müntəzəm uçuşların sayı artırılacaq.