Türkiyədə hakim partiya rəhbərliyinin yeni tərkibi açıqlandı

Dünya
25 Mrt 2021
09:21
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyası (AKP) Mərkəzi İcraiyyə Komitəsinin yeni çağırış üzvlərinin siyahısını açıqladı.

Zirvetv.azin məlumatına görə, Binəli Yıldırım və Numan Kurtulmuş Partiyanın sədr müavinləri təyin edilib.

Ömər Çelik yenidən hakim partiyanın mətbuat katibi vəzifəsinə seçilib.



Qeyd edək ki, Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının VII qurultayında R.T.Ərdoğan yenidən AKP sədri seçilib.