Mərakeş koronavirus səbəbindən daha beş ölkə ilə uçuşlarını dayandırdı

Dünya
25 Mrt 2021
09:10
Mərakeş hakimiyyəti koronavirusun yayılmasına qarşı mübarizə çərçivəsində daha beş ölkə ilə uçuşların müvəqqəti dayandırılmasına qərar verib.

Zirvetv.azin məlumatına görə, bu barədə ölkənin Milli Hava Limanları İdarəsi bildirib.

Məlumata əsasən, müvəqqəti olaraq - ən azı 23 mart - 10 aprel tarixləri arasında sərnişin təyyarələrinin Qanaya, Qvineya Respublikasına, Konqo Demokratik Respublikasına, Liviyaya, Maliyə və əks istiqamətə uçuşları dayandırılıb.

Bu tədbir lazım olduqda uzadıla bilər.