Yaponiyada helikopter qəzaya uğrayıb, 6 nəfər xəsarət alıb

Dünya
24 Mrt 2021
10:30
Yaponiyanın Naqano prefekturasında helikopter qəzaya uğrayıb.

Zirvetv.az "NHK" telekanalına istinadən verdiyi məlumata görə, qəza nəticəsində altı nəfər xəsarət alıb, onlardan dördünün vəziyyəti ağırdır.

Bildirilir ki, faktla bağlı Yaponiyanın Nəqliyyat Təhlükəsizliyinə Nəzarət Komitəsi araşdırma aparır, qəzanın səbəbi açıqlanmır.