Braziliyada koronavirusdan rekord sayda ölüm halı qeydə alınıb

Dünya
24 Mrt 2021
10:29
Braziliya ötən sutka ərzində yeni növ koronavirusdan (COVİD-19) rekord sayda - 3 251 ölüm halı qeydə alınıb.

Zirvetv.azin məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, son sutka ərzində koronavirusa 82 493 nəfər yoluxub, yoluxanların ümumi sayı 12 130 019 nəfər çatıb.

Bildirilir ki, hazırkı dövrədək koronavirusa yoluxanlardan 298 676 nəfəri vəfat edib, 10,6 milyon nəfər sağalıb, 1,2 milyondan artıq aktiv xəstə var.