Londonda terakt hazırlamaqda şübhəli bilinən şəxs saxlanılıb

Dünya
24 Mrt 2021
10:10
Böyük Britaniya polisinin antiterror bölməsinin əməkdaşları Londonun cənub-qərbində partlayıcı maddənin saxlanılmasında şübhəli bilinən 53 yaşlı kişini saxlayıblar.

Zirvetv.az TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Londonun hüquq-mühafizə orqanlarının saytında məlumat yerləşdirilib.

Məlumata əsasən, saxlanılan şəxs terror aktına hazırlıq və ya təhrikçilikdə də şübhəli bilinir. Bildirilir ki, polis əməkdaşları onun evində axtarış aparırlar.

Qeyd edilir ki, risklərin qiymətləndirilməsindən sonra yaxınlıqdakı ərazilərin sakinləri üçün təxliyədən imtina barədə qərar verilib.