Dünyada ötən sutka koronavirusa 393 mindən çox yoluxma qeydə alınıb - ÜST

Dünya
24 Mrt 2021
00:37
Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 393 mindən çox artıb.

Zirvetv.az "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

Məlumata əsasən, ötən sutka ərzində 393 531 nəfər yeni koronavirusa yoluxub, 7 151 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 123 419 065, ölənlərin isə 2 719 163 nəfərə çatıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.