Putin koronavirusa qarşı peyvənd olunub

Dünya
23 Mrt 2021
22:50
Rusiya Federasiyasının Prezidenti Vladimir Putin yeni növ koronavirusa (COVİD-19) qarşı peyvənd olunub.

Zirvetv.az məlumatına görə, bunu "TASS" Rusiya liderinin mətbuat katibi Dmitri Peskov bildirib.

D.Peskov deyib: "Putin koronavirusa qarşı peyvənd edildi. Özünü yaxşı hiss edir. Sabah onun tamdəyərli iş günüdür".