Qətərdə koronavirusa yoluxanların sayı 175 min nəfərə çatır

Dünya
23 Mrt 2021
20:41
Qətərdə ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 534 yoluxma halı qeydə alınıb.

Zirvetv.az "Sinxua"ya istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, Qətərdə koronavirusa yoluxanların ümumi sayı 174 762 nəfərə çatıb.

Bildirilir ki, hazırkı dövrədək koronavirusdan 161 111 nəfər sağalıb, 275 nəfər isə vəfat edib.