Rusiyada hərbi təyyarə qəzaya uğrayıb, 3 hərbçi həlak olub

Dünya
23 Mrt 2021
17:22
Rusiyanın Kaluqa vilayəti yaxınlığındakı hərbi aerodromda qırıcı təyyarə qəzaya uğrayıb.

Zirvetv.azin məlumatına görə, bu barədə Rusiya Müdafiə Nazirliyi açıqlama yayıb.

Məlumata görə, “Tu-22M3” bombardmançı təyyarəsində yerdə gözlənilmədən katapult sisteminin işə düşməsi nəticəsində təyyarənin 3 heyət üzvü ölüb.

Hadisə uçuşa hazırlıq zamanı baş verib.