Senat Martin Uolşu ABŞ-ın əmək naziri vəzifəsinə təsdiqləyib

Dünya
23 Mrt 2021
09:32
ABŞ Konqresinin Senatı Martin Uolşu ölkənin əmək naziri vəzifəsinə təsdiq edib.

Zirvetv.az TASS-a istinadən xəbər verir ki, bu barədə qanunverici orqanın yuxarı palatasının mətbuat xidməti məlumat verib.

Bildirilir ki, M.Uolşun lehinə 69, aleyhinə isə 29 səs verilib. 2014-cü ildən Boston (Massaçusets ştatı) meri vəzifəsində çalışan yeni əmək nazirinin yaxın zamanda andiçmə mərasimi keçiriləcək.