Avropa İttifaqı “Vaqner” və RİA agentliyini sanksiya siyahısına daxil edib

Dünya
13 Nis 2023
21:55


Avropa İttifaqı Rusiyanın “Vaqner” özəl hərbi şirkəti və RİA FAN-ı (Rusiya Beynəlxalq İnformasiya Agentliyi “Federal xəbər agentliyi”) sanksiya siyahısına daxil edib.

Zirvetv.az TASS-a istinadən xəbər verir ki, bu barədə normativ aktlar aprelin 13-də yayılıb.

Bildirilib ki, barələrində məhdudlaşdırıcı tədbirlər tətbiq olunan fiziki və hüquqi şəxslərin, təşkilat və orqanların siyahısına bu iki hüquqi şəxs də əlavə edilməlidir.