Bu gecə ilk Qədr gecəsidir

Dünya
9 Nis 2023
14:00
Bu gecə Azərbaycanda Ramazan ayının ilk Qədr (əhya) gecəsidir.


"ZirveTv" xəbər verir ki, ilk Qədr gecəsi Ramazan ayının 18-dən 19-na, yəni aprelin 9-dan 10-na keçən gecəyə təsadüf edir.

Qeyd edək ki, Qədr gecəsi Allahın kitabı Quranın nazil olmağa başladığı gecədir. Qurani-Kərim İslam peyğəmbərinə 23 il ərzində hissə-hissə nazil olub.

Məlumat üçün bildirək ki, Şəvval ayının 1-i (21 aprel) Fitr (Ramazan) bayramıdır. Azərbaycanda Ramazan ayı martın 23-də başlayıb.