Türkiyədəki sel fəlakətində ölənlərin sayı artdı

Dünya
16 Mrt 2023
07:00


Türkiyədə sel fəlakətində ölənlərin sayı artıb.

Daxili işlər naziri Süleyman Soylu bölgədə təsirli olan daşqınlar nəticəsində Şanlıurfada 12, Adıyamanda 2 nəfərin həyatını itirdiyini, 5 nəfərin axtarışlarının davam etdiyini açıqlayıb.

Qurbanların sayının arta biləcəyi istisna edilməyib.