Rusiyalılara Gürcüstana səfərdən çəkinmək tövsiyə olundu

Dünya
9 Mrt 2023
22:00


Rusiya vətəndaşlarına Gürcüstana səfərdən çəkinmələri tövsiyə olunur.

Bu barədə Rusiya Federasiyası İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Rusiya İqtisadi İnkişaf Nazirliyi ölkə vətəndaşlarına Gürcüstana səfərdən çəkinməyi tövsiyə edir. Əgər siz artıq həmin ölkədəsinizsə, insanların sıx toplaşdığı yerlərə, xüsusən də Batumi və Tbilisinin tarixi mərkəzlərinə getməməyi məsləhət görürük”, - məlumatda deyilir.