Meksika hərbçiləri ölkənin qərbində bir qrup narkotik kartelin silahlılarını saxlayıblar

Dünya
22 Mrt 2021
09:57
Meksika hərbçiləri "Xaliskonun yeni nəsli" adlanan narkotik kartelinin silahlı qanadının üç üzvünü tutub.
Zirvetv.az məlumatına görə, bu barədə "Noticias MVS" radio stansiyası bildirib.

Məlumata əsasən, silahlılar ölkənin Nayarit ştatında bir qrup təhlükəsizlik işçilərinə hücumundan sonra saxlanılıb.

Axtarış zamanı saxlananlardan RPQ-7 qumbaraatan və ona bir neçə atəş, ABŞ istehsalı olan əl bombaları, bir neçə pulemyot və iki avtomat götürülüb.