Əliyar Ağayevin təyinat aldığı oyun təxirə salınıb

Dünya / İdman
1 Mrt 2023
20:00


"ZirveTv" xəbər verir ki, "Olimpiakos" və AEK komandaları arasında keçirilməli olan Yunanıstan Kubokunun yarımfinal mərhələsinin cavab oyunu təxirə salınıb. Buna Larisa şəhəri yaxınlığında baş vermiş qatar qəzası səbəb olub. Sərnişin və yük qatarlarının toqquşması nəticəsində 36 nəfər həlak olub, 66 nəfər isə yaralanıb.

Hələki, qarşılaşmanın yeni tarixi açıqlanmayıb. İlk matçda AEK komandası 3:0 hesablı qələbə qazanıb.

Qeyd edək ki, "Olimpiakos" - AEK oyununa Azərbaycanın FIFA referisi Əliyar Ağayev təyinat alıb.