Rusiyalı reper səfərbərlik səbəbindən intihar etdi

Dünya
2 Ekm 2022
08:32
Rusiyalı repçi, "Walkie" ləqəbi ilə məşhur olan İvan Petunin intihar edib.

27 yaşlı repçinin cəsədi Krasnodar şəhərində, çoxmərtəbəli binanın yaxınlığında tapılıb.

O, ölümündən əvvəl sosial şəbəkələrdə videomüraciət yayımlayıb.

Petunin çıxışında Ukraynadakı müharibənin əleyhdarı olduğunu və əlinə silah almaq istəmədiyini bildirib.


"Mən əlimə silah ala və tətiyi çəkərək özüm kimi insanları öldürə bilmərəm. Bəzən öz prinsiplərinə görə ölməyi bacarmaq lazımdır", - deyə repçi bildirib.