ABŞ Ukraynaya 550 milyon dollarlıq əlavə hərbi yardım göndərəcək

Dünya
2 Ağu 2022
04:48
ABŞ Prezidenti Co Bayden Ukraynaya 550 milyon dollarlıq əlavə hərbi yardımın ayrılmasına dair memorandum imzalayıb.

“zirvetv.az ” “TASS”a istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

“Bununla da dövlət katibinə Ukraynaya yardım göndərmək üçün Müdafiə Nazirliyinin müdafiə məhsulları və xidmətləri, habelə hərbi təhsil və təlim şəklində 550 milyon dollara qədər vəsaitdən istifadə etmək səlahiyyətini verirəm”, - sənəddə deyilir.

ABŞ Dövlət Katibi Entoni Blinkenin sözlərinə görə, Ukraynaya yeni yardım paketinə HIMARS reaktiv yaylım atəş sistemləri və 155 mm-lik artilleriya qurğuları üçün döyüş sursatları daxil olacaq.

Bildirilir ki, yeni yardım paketi nəzərə alınmaqla, Ukraynaya ayrılan vəsaitin ümumi həcmi təxminən 8,7 milyard dollar təşkil edəcək.