Hindistanda hərbi təlim təyyarəsi qəzaya uğradı - Ölənlər var

Dünya
29 Tem 2022
04:24
Hindistanda hərbi təlim təyyarəsi qəzaya uğrayıb.

“zirvetv.az” xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda Hindistan Hərbi Hava Qüvvələri açıqlama yayıb.

Bildirilib ki, “MiQ-21” təyyarəsi Racastan ştatında hərbi təlim zamanı qəzaya uğrayıb.

Açıqlamada qəzada ağır yaralanan iki pilotun həyatını itirdiyi bildirilib.

Qəza ilə bağlı araşdırmalara başlanılıb