Konqo Respublikasında prezident seçkiləri başlayıb

Dünya
21 Mrt 2021
14:51
Konqo Respublikasında prezident seçkilərində səsvermə başlayıb.

Zirvetv.az "TASS"a istinadən verdiyi məlumata görə, ölkənin bütün regionlarında seçki məntəqələri açılıb, təhlükəsizliyin təmin edilməsinə dair problemlərlə bağlı heç bir məlumat daxil olmayıb.

Qeyd edək ki, Konqo Respublikasının prezidenti vəzifəsi uğrunda 7 namizəd mübarizə aparır. Ölkədə təxminən 2 milyon vətəndaş səsvermə hüququna malikdir.