İranda terrorçular tərəfindən partlayış törədilib, ölən və yaralananlar var

Dünya
21 Mrt 2021
14:50
İranın cənub-şərqində terrorçular tərəfindən partlayış törədilib.

Zirvetv.az məlumatına görə, bu barədə İranın İslam İnqilabı Keşikçiləri Korpusunun mətbuat xidmətindən bildiriblər.

Məlumata əsasən, partlayış Sistan və Bəluçestan vilayətininin Saravan rayonunun yaşayış məntəqələrindən birində yerli vaxtla təxminən saat 09:30-da törüədilib.

Ad - 00:12
ƏTRAFLI
smartbee.az
Bildirilir ki, partlayış nəticəsində 1 nəfər həlak olub, 3 nəfər isə xəsarət alıb.

Yaşayış məntəqəsinin və partlayışı törədən terror qruplaşmasının adı açıqlanmır.