Danimarkada ticarət mərkəzində atışma - Ölən və yaralananlar var

Dünya
4 Tem 2022
06:51
Danimarkanın paytaxtı Kopenhagendə “Field” ticarət mərkəzində silahlı hücum olub.

“zirvetv.az” xarici KİV-ə istinadən xəbər verir ki, Danimarka polisi silahlı hücum nəticəsində çox sayda ölü və yaralı olduğunu açıqlayıb.

Bildirilib ki, hadisə yerinə çoxlu sayda təcili yardım və polis maşınları cəlb olunub.

Ticarət mərkəzində olanlardan polis gələnə qədər oranı tərk etməmələri istənilib.

Danimarka mediası hadisə yerində bir nəfərin saxlanıldığını açıqlayıb.