ÜST-dən meymunçiçəyi virusu ilə bağlı - Xəbərdarlıq

Dünya
25 Haz 2022
08:41
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) meymunçiçəyi virusunun qarşısının alınmadığı təqdirdə yeni pandemiya ola biləcəyini bildirib.

"Zirvetv.az " xəbər verir ki, bu fikirlər ÜST-nin fövqəladə hallar komitəsinin iclasında səsləndirilib.

Meymunçiçəyi virusu artıq 58 ölkədə müşahidə olunub. Ümumilikdə 3 min 417 nəfərdə virusa yoluxma halı təsdiqlənib. Müxtəlif qitələrdə yoluxanların sayı hər həftə artır. Ölkələr xəstəliklə mübarizə məqsədilə qlobal əməkdaşlıq etmədiyi təqdirdə virus yayılmağa davam edəcək.

ÜST qeyd edib ki, meymunçiçəyi virusu çiçək xəstəliyindən daha az ölüm nisbətinə malikdir, lakin virusun yayılmasının qarşısını almaq üçün müvafiq praktiki tədbirlər görülmədiyi təqdirdə milyonlarla insanın ölümünə səbəb ola bilər.