Bayden Əfqanıstandan qoşunların çıxarılmasının vaxtı barədə hələ qərar verməyib

Dünya
21 Mrt 2021
12:37
ABŞ Prezidenti Cozef Bayden amerikan qoşunlarının Əfqanıstandan çıxarılmasının vaxtı ilə bağlı hələ birqərar verməyib.

Zirvetv.az TASS-a istinadən xəbər verir ki, bunu ABŞ müdafiə naziri Lloyd Ostin Yeni Dehlidəki mətbuat konfransında deyib.

Pentaqon rəhbərinin sözlərinə görə, bu mövzuda rəhbərlik hərtərəfli prosesi davam etdirir və prezident həqiqətən bu qərarı vermək üçün çalışır: "Hazırda (Əfqanıstanda - red.) qalma müddəti və əsgər sayı ilə bağlı bir qərar verilməyib".