Yağış İstanbul və Ankarada ciddi fəsadlar törətdi, ölən var

Dünya
13 Haz 2022
10:52
Türkiyədə güclü yağış İstanbul və Ankara da daxil olmaqla bir çox şəhərdə fəsadlar törədib.

“zirvetv.az ” “Hürriyet”ə istinadən xəbər verir ki, yağış səbəbindən İstanbulda yolları və bir neçə binanın birinci mərtəbələrini su basıb.

Şəhərin Kadıköy bölgəsində şiddətli yağış və küləkdən sonra 15 metr hündürlüyə sahib ağac avtomobilin üzərinə aşıb. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Buna baxmayaraq, yolların yağışdan sürüşkən olması səbəbindən qəzalar baş verib və 6 nəfər yaralanıb.

Ankarada isə sel nəticəsində 21 yaşlı Muhammed Şahin adlı bir sakin həlak olub. Bununla yanaşı, digər bir sakin təbii fəlakət nəticəsində itkin düşüb. Hazırda onun axtarışları davam edir. Ankara Valisi Vasip Şahin yaranmış vəziyyətlə əlaqədar olaraq bu gün Ankarada məktəblərdə tətil elan edildiyini açıqlayıb.