Yüzlərlə insan Xersonda girov saxlanılır
Rusiya tərəfindən işğal olunan Xerson vilayətində 600-ə qədər insan işgəncə otaqlarında və istintaq təcridxanalarında girov saxlanılır”.
“zirvetv.az ” “CNN”ə istinadən xəbər verir ki, bu barədə məlumatı Ukrayna Prezidenti Volodimir Zelenskinin Krım üzrə nümayəndəsi Tamila Taşeva açıqlayıb.
“600 nəfərin yarısı Xerson vilayətinin dövlət administrasiyasının binasında, istintaq təcridxanasında və Heniçesk şəhərində yerləşən 17 saylı peşə məktəbində girov saxlanılır”, - deyə o bildirib.
Qeyd edək ki, Ukrayna rəsmilərinin təxminlərinə görə, Xerson vilayətinin mülki əhalisinin yarısı müharibə dövründə bölgəni tərk edib.