PDSVA neft şirkətinin müəssisəində partlayış baş verib

Dünya
21 Mrt 2021
12:31
PDSVA neft şirkətinin Venesuelanın El-Tehero şəhərində (Monaqas ştatı) yerləşən müəssisəində partlayış baş verib.
Zirvetv.az "İnterfaks"a istinadən verdiyi məlumata görə, hadisə ilə əlaqədar yaxınlıqdakı rayonların sakinləri təxliyə edilib.

Venesuelanın sənaye və milli istehsal naziri Tarek El-Ayssami partlayışı terror aktı adlandırıb. Nazir bildirib ki, hazırda partlayış nəticəsində ölən və xəsarət alanlar barədə məlumat yoxdur:

"Hakimiyyət partlayışın nəticələrini aradan qaldırmaq üçün bütün lazımi tədbirləri görür".

Partlayışın səbəbi açıqlanmır.