Pakistanın baş naziri koronavirusa yoluxub

Dünya
21 Mrt 2021
12:29
Pakistanın baş naziri İmran Xan yeni növ koronavirusa (COVİD-19) yoluxub.

Zirvetv.az məlumatına görə, bu barədə Pakistanın baş nazirinin səhiyyə məsələləri üzrə köməkçisi Feysal Sultan deyib.

Pakistanın Milli İdarə və Əməliyyat Mərkəzinin sədri Əsəd Umar baş nazirin koronavirusa yolxumasını şərh edərkən, ölkə sakinlərini təcili peyvənd olunmağa çağırıb: "Peyvənd olunmağa icazəsi olan bütün vətəndaşlar xəstəliyə qalib gəlmək üçün peyvənd olunmalıdırlar".

Qeyd edək ki, Pakistanda koronavirusun üçüncü dalğası başlayıb. Ölkə hakimiyyəti virusun yayılmasının qarşısını almaq üçün bütün lazımi tədbirləri görür.