Nepalda göyərtəsində 22 nəfər olan təyyarə yoxa çıxdı
Nepalda göyərtəsində 22 nəfər olan təyyarə yoxa çıxıb.
“zirvetv.az” xarici KİV-ə istinadən xəbər verir ki, hadisə paytaxt Katmandudan təxminən 125 km məsafədə baş verib.
Axtarışlar üçün əraziyə yollanan helikopter əlverişsiz hava şəraiti səbəbindən geri qayıtmaq məcburiyyətində qalıb.
Nepal Mülki Aviasiya Agentliyi hava şəraitinin yaxşılaşacağı təqdirdə Katmandu, Pokhara və Comsomda helikopterlərin axtarış əməliyyatlarına başlayacağını açıqlayıb.
Bildirilib ki, təyyarədə 4 Hindistan, 2 Almaniya, 16 Nepal vətəndaşı olub, onlardan yeddisi qadındır.