Ruslar 39 yaşayış məntəqəsini atəşə tutdu - Ölənlər var
Donbas Rusiya ordusu tərəfindən yenidən atəşə tutulub.
“zirvetv.az” Ukrayna KİV-ə istinadən xəbər verir ki, ruslar Donetsk və Luqansk vilayətlərində 39 yaşayış məntəqəsini atəşə tutub.
Onlar 60-dan çox mülki obyekti, o cümlədən, 50 yaşayış binasını, xəstəxananı, dəmir yolu vağzalını, zavodu, tikinti bazasını, ticarət mərkəzini, polis idarəsini, prokurorluğun binasını, elektrik yarımstansiyasını, qaraj kooperativini dağıdıb və ya zədələyiblər.
Bu hücumlar nəticəsində ən azı 14 mülki şəxsin həlak olduğu, daha 15 nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri aldığı bildirilib.