Brüsseldə Gürcüstanın Aİ-yə üzvlük məsələsi müzakirə olunacaq

Dünya
15 May 2022
10:44
Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili 16-18 may tarixlərində Brüsseldə işgüzar səfərdə olacaq.

“zirvetv.az” "TASS"a istinadən xəbər verir ki, bu haqda şənbə günü Gürcüstan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilib ki, o, respublikanın Avropa İttifaqına üzvlüklə bağlı müzakirələr açmaq üçün aldığı hazırlanmış anketi müzakirə edəcək.

İlya Darçiaşvili, həmçinin, xarici tərəfdaşları ilə regiondakı mövcud təhlükəsizlik vəziyyətini də müzakirə edəcək.

Qeyd edək ki, martın 3-də Gürcüstanın baş naziri İrakli Qaribaşvili ölkənin icmaya üzv olmağına görə namizəd statusu alması üçün Aİ-yə ərizə göndərib. Buna cavab olaraq aprelin 11-də Avropa İttifaqı Gürcüstana sorğu vərəqəsini təqdim edib. Mayın 2-də respublika tamamlanmış sənədin birinci hissəsini, mayın 10-da isə ikinci hissəsini Avropa İttifaqına göndərib.