Zelenski Kiyevdə Trüdo ilə görüşdü

Dünya
9 May 2022
05:07
Kanadanın Baş naziri Castin Trüdo Ukraynada səfərdədir.

“zirvetv.az” xəbər verir ki, o, səfər çərçivəsində Ukraynanın ruslar tərəfindən dağıdılmış şəhərlərinə baş çəkib.

Bundan sonra isə Trüdo ölkə Prezidenti Volodimir Zelenski ilə görüşüb.

Zelenski sosial şəbəkə hesabında paylaşım edərək, Kanadanın azadlıq uğrunda mübarizədə Ukraynaya dəstək verən ölkələr sırasında olduğunu bildirib.

“Kanadanın Baş naziri Castin Trüdonun bu gün Ukrayna xalqının yanında olması bizim üçün çox şey deməkdir. İnanıram ki, biz birgə səylərlə bütün çətinliklərin öhdəsindən gələcəyik”, - Prezident əlavə edib.